İrandakı teokratik rejimin qatı tənqidçisinə 10 aylıq həbs cəzası kəsildi
Qadyani “rejim əleyhinə təbliğat” və “kiber məkanda yalanlar dərc etmək” ittihamı ilə iki ayrı bildiriş aldıqdan sonra İnqilab məhkəməsinə çağırılıb. İslam İnqilabı Mücahidlər təşkilatının qurucusu və keçmiş üzvü Əbülfəzl Qadiyani dəfələrlə saxlanılaraq həbs edilib və Mirhüseyn Musəvinin yaxın simalarından biri hesab olunur.
O, hələ mart ayında Tehran İnqilab məhkəməsinə çağırıldığını, lakin bu məhkəmələri heç bir qanuni səlahiyyətə malik hesab etmədiyi üçün bu məhkəməyə getməyəcəyini bildirmişdi.
Qədyani öz yazılarında, nüvə sənayesini rejimin qeyri-qanuni, qəsbkar və ömürlük hakimiyyətinin davam etdirilməsi üçün alət adlandırıb.
Əbülfəzl Qadiyani ötən ilin sonunda mövcud rejimdən çıxmağın, dinin və dövlətin ayrılması prinsipini yerinə yetirmək üçün yeganə həll yolunun azad referendum keçirməklə xalqın səsinə müraciət etmək olduğunu bildirən yüzlərlə vətəndaş və siyasi fəal arasında arasında yer alıb.
AzVision.az