Fransada minə yaxın etirazçı saxlanılıb

   Fransada minə yaxın etirazçı saxlanılıb
  01 İyul 2023    Oxunub:1035
Fransada iğtişaşların dördüncü gecəsində minə yaxın etirazçı saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fransada bütün irimiqyaslı tədbirlərin keçirilməsinə qadağa qoyulmasına baxmayaraq, etirazlar bu gün səhərə qədər davam edib. Nümayişlərdə 994 nəfərin saxlanılıb. Bu günə qədər ümumi istifadədə olan avtomobil yollarında 2560 yanğın qeydə alınıb, 1350 avtomobil yanıb, 234 binaya ziyan dəyib.

İğtişaşların qarşısını almaq üçün 45 min hüquq-mühafizə orqanı və xüsusi təyinatlılar göndərilib. Ötən gün iğtişaşlarda 79 asayiş keşikçisinin yaralandığı vurğulanıb. Polis və jandarma bölmələrinə 58 hücum qeydə alınıb.

Qeyd edək ki, Əlcəzair əsilli 17 yaşlı gənc Naelin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülməsindən sonra Fransanın bir çox şəhərində kütləvi etirazlar başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti