Ukrayna Belarusla sərhəddə təhlükəsizliyi gücləndirir

Ukrayna Belarusla sərhəddə təhlükəsizliyi gücləndirir
  01 İyul 2023    Oxunub:1164
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Ali Baş Komandanlığının qərargah iclasında Ukraynanın şimal ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul edilib.
İclasda ayrı-ayrılıqda Baş Kəşfiyyat İdarəsinin, Xarici Kəşfiyyat Xidmətinin, Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin rəhbərlərinin Belarusla sərhəddəki vəziyyətlə bağlı hesabatı dinlənilib.

İclasda Volodimir Zelenski güc strukturlarının rəhbərlərinə ölkənin şimal sərhədlərinin gücləndirilməsi ilə bağlı tapşırıq verib.

AzVision.az


Teqlər:





Xəbər lenti