Keniyada yol qəzasında azı 48 nəfər ölüb

Keniyada yol qəzasında azı 48 nəfər ölüb
  01 İyul 2023    Oxunub:1310
Keniyanın qərbində yerləşən Londiana şəhərində baş verən yol qəzasında azı 48 nəfər ölüb.
Hadisə Keriço və Nakuru şəhərləri arasında baş verib. İlkin məlumata görə, yük maşını konteynerlə birlikdə yoldan çıxaraq bir neçə avtomobilə çırpılıb. Regional polis komandiri Tom Odera ölənlərin sayının 48-ə çatdığını bildirib.

Keniya Qırmızı Xaç Cəmiyyəti yük maşınının altıdan çox avtomobilə çırpılaraq piyadaları vurduğunu bildirib. Vurğulanıb ki, 20-dən çox yaralı yerli xəstəxanalara çatdırılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti