Fransada iğtişaşlar zamanı 471 nəfər saxlanılıb

   Fransada iğtişaşlar zamanı 471 nəfər saxlanılıb
  01 İyul 2023    Oxunub:1185
Fransa hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 471 nəfəri saxlayıb.
Bu barədə BFMTV kanalı daxili işlər Cerald Darmaninə istinadən məlumat yayıb. Təkcə , 80-dən çox nümayişçi Marseldə saxlanılıb.

Xatırladaq ki, Fransada 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti