Netanyahunun qardaşının məzarına hədə-qorxu məktubu qoydular

  Netanyahunun qardaşının məzarına hədə-qorxu məktubu qoydular
  30 İyun 2023    Oxunub:1351
İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı Yonatanın məzarı üzərindən onu hədələyən məktub tapılıb. Bu barədə İsrail polisi məlumat yayıb.
Təhlükəsizlik xidmətləri araşdırmaya başlayıb.

“İsrail polisi bu gün Qüdsdə Herzl dağında mərhum Yonatan Netanyahunun məzarı üzərində tapılan təhdid məktubu ilə bağlı Baş Təhlükəsizlik Xidməti (SHABAK) ilə birgə araşdırmaya başlayıb”, - polis "Twitter"də məlumat yayıb.

Xüsusi xidmət orqanları təhdidi psixoloji təzyiq kimi təsnif edir.

Bazar günü baş nazir və qardaşı İdo Herzl dağındakı hərbi qəbiristanlığı ziyarət edib və Uqandada ölən girovları azad etmək üçün "Entebbe" əməliyyatı zamanı "Sayeret Matkal" bölməsinə rəhbərlik edən qardaşları, polkovnik-leytenant Yonatan Netanyahunun məzarı üzərinə gül dəstələri qoyublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti