Lavrov: "Taxıl müqaviləsinin uzadılması üçün heç bir səbəb görmürəm"

      Lavrov:   "Taxıl müqaviləsinin uzadılması üçün heç bir səbəb görmürəm"
  30 İyun 2023    Oxunub:1007
Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl müqaviləsinin uzadılması üçün heç bir səbəb görmədiyini deyib.
“Qara dəniz təşəbbüsünü davam etdirmək istəyənlərin hansıs arqumentləri olduğunu görmürəm. Dediyim kimi, bu, Ukrayna taxılı baxımından çoxdan kommersiyaya çevrilib”, - nazir onlayn brifinq zamanı jurnalistlərin suallarına cavab verib.

2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.

Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu-Rusiyanın ərzaq və gübrə ixracında məhdudiyyətin ləğvini , Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasını, "Toliatti-Odessa" ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirləri nəzərdə tutur. Paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.

Mayın 18-də məlum olub ki, sövdələşmə heç bir dəyişiklik edilmədən iyulun 17- nə kimi uzadılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Lavrov  





Xəbər lenti