Makron təcili iclas keçirir, sammitdən yarımçıq çıxdı
"Makron Avropa Şurasını tərk edib. Onun mətbuat konfransı ləğv edilib, Parisdə idarələrarası böhran qrupunun iclasına rəhbərlik edəcəyi gözlənilir", - məlumatda deyilir.
İyunun 27-də səhər saatlarında polis əməkdaşları Parisin qərbində yerləşən Nanterre şəhərində yolda yoxlanış zamanı 17 yaşlı oğlanı güllələyərək öldürüblər. Polisin məlumatına görə, yeniyetmə sürücü onların tələblərini yerinə yetirməkdən imtina edib. Nəticədə Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.
Gənclər avtomobilləri, polis və hakimiyyət orqanlarının binalarını yandırırlar. Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub. Cümə gecəsi 600-dən çox etirazçı həbs edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: