Tehran İsveç hökumətini məsuliyyətli olmağa çağırıb
“Müsəlmanlar həcc mərasimlərini yerinə yetirib, dini və islami ayinləri həyata keçirdiyi bir vaxtda onların müqəddəsliklərini təhqir etmək yalnız söz azadlığı prinsipindən sui-istifadə yolu ilə nifrət yaymaq və zorakılığa can atmaqdır. İran İslam dünyasına uyğun olaraq dünya müsəlmanlarının müqəddəs kitabına qarşı heç bir hücuma və bu cür tədbirlərə icazə verilməsinə dözmür. Buna görə də İsveç hökumətinin müsəlmanların mənəvi və dini dəyərlərinin təhqir olunmasının qarşısının alınmasında ən bariz vəzifəsini məsuliyyətli, təsirli və çəkindirici şəkildə yerinə yetirməsi gözlənilir”, - məktubda vurğulanır.
İsveç səfirliyinin müvəqqəti işlər vəkili öz növbəsində İsveç hökumətinin islamafobiyanın istənilən formasına qarşı olduğunu və vəziyyəti ən qısa zamanda Stokholma çatdıracağını söyləyib.
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan insidentə öz şəxsi Twitter hesabında da münasibət bildirib.
- İsveç dini müqəddəs şeyləri və Qurani-Kərimi hər hansı əsaslandırma ilə təhqir etməyə icazə verməməlidir. Bu davranışları demokratiya və azadlıq adlandırmaq yalnız terrorizmi və ekstremizmə təşviq edir” , - nazir vurğulayıb.
İraq və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox digər müsəlman ölkələri də cümə axşamı İsveçdə Quranın yandırılmasını pisləyib və bu cür hərəkətlərin “dünyadakı müsəlmanların hisslərini alovlandıracağı” barədə xəbərdarlıq ediblər.