İran Qətəri “bacarıqlı” işçi qüvvəsi ilə təmin edəcək

İran Qətəri “bacarıqlı” işçi qüvvəsi ilə təmin edəcək
  30 İyun 2023    Oxunub:1191
Son vaxtlar İranla ərəb dünyası arasında münasibətlərin yaxşılaşması fonunda bir sıra Yaxın Şərq ölkələrində iqtisadiyyatın inkişafına Tehran “qabaqcıl” kadrlarla dəstək verməyi planlaşdırır.
AzVision.az “İSNA” agentliyinə istinadən xəbər verir ki, iki ölkənin Əmək nazirlərinin görüşündə İranın “bacarıqlı” işçi qüvvəsinin Qətərə göndərilməsi üçün anlaşma memorandumu imzalanıb.

“Hazırda Qətərdə 30 minə yaxın iranlı işləyir və biz İran işçi qüvvəsi üçün təxminən 4200 icazənin verilməsini planlaşdırırıq. Son 6 ayda 5 min iranlı işçi Qətərə göndərilmək üçün müraciət edib, onlardan yalnız 500 nəfəri fəaliyyət və göndərilmə mərhələsinə çatıb, 4500 nəfər isə hələ də qalıb”, – Qətərin Əmək naziri Tehrana səfəri zamanı deyib.

Bu arada İranın Əmək nazirliyinin sahibkarlıq və məşğulluğun inkişafı üzrə müavini Mahmud Kərimi Biranəvənd bildirib ki, işçi qüvvəsinin xaricə göndərilməsi elitanın getməsinə səbəb olmamalıdır.

Ötən illərdə İranın beyninin, sərmayəsinin və işçi qüvvəsinin xarici ölkələrə, xüsusən də Türkiyə və ərəb ölkələrinə qaçması ilə bağlı, son zamanlar da isə İran tikinti və dərman şirkətlərinin Türkiyəyə yönlməsi ilə bağlı xəbərlər yayılıb.

Biznes mühiti üçün münasib şəraitin və sağlam rəqabətin olmaması, maaşların aşağı olması, xüsusən də ölkənin iqtisadi, biznes və kommersiya mühitində meritokratiyanın mövcudluğu, bacarıqlı və pullu vətəndaşların, tələbələrin ölkədən mühacirət etmək meyllərini gücləndirir.

Əmək miqrasiyasının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, qlobal statistikaya görə, onların İrana pul köçürmələri nəinki son bir neçə ildə artmayıb, hətta keçən il kəskin şəkildə azalıb ki, bu da İranlı miqrant işçi qüvvəsinin xaricdə daimi həyat haqqında düşündüyünə dəlalət edir.

Dünya Bankının hesabatına əsasən, iranlı işçilər 2022-ci ildə xaricdən ölkəyə təxminən 600 milyon dollar köçürüblər, halbuki 2021-ci ildə bu rəqəm təxminən 1,3 milyard dollar olub.
AzVision.az



Teqlər: Qətər   İran  





Xəbər lenti