Mask və Zukerberq Romanın Kolizeyində döyüşə bilər

   Mask və Zukerberq Romanın Kolizeyində döyüşə bilər
  30 İyun 2023    Oxunub:1204
Amerikalı sahibkar, "Tesla" və "SpaceX"in baş direktoru İlon Mask və "Meta" şirkətinin baş direktoru Mark Zukerberq Roma Kolizeyində döyüşə bilər. Bu barədə "TMZ Sports" portalı məlumat yayıb.
Bu barədə Zukerberqin nümayəndələrinin UFC (Amerikanın qarışıq döyüş sənətləri - MMA) prezidenti Dana Uayta məlumat verdiyi bildirilir.

Portal qeyd edir ki, İtaliyanın mədəniyyət naziri Dario Franceskini də öz növbəsinə "dünya tarixinin ən böyük döyüşü"nün təşkili ilə bağlı Zukerberqlə əlaqə saxlayıb.

Mask isə "Twitter"də yazıb ki, döyüşün Kolizeydə baş tutma ehtimalı var.

Qeyd edək ki, İlon Mask və Mark Zukerberq arasında döyüşdən əldə ediləcək gəlir 1 milyard dollar həcmində qiymətləndirilir.

Uayt hər iki milyarderlə sosial mediada mübahisə etdikdən sonra danışdığını və qarşıdan gələn döyüşlə bağlı “tamamilə ciddi” olduqlarını söyləyib. O qeyd edib ki, artıq döyüşün keçirilməsi üçün hazırlıqlara başlayıb.

Onun fikrincə, iki milyarder arasında döyüşün ödənişli olması bütün rekordları qıracaq. UFC-də döyüşə baxmaq üçün sadə biletə 80 dollar ödəmək lazımdır. Lakin UFC prezidenti Mask-Zukerberq döyüşü üçün bunun 100 dollara qaldırılacağını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İlonMask   Zukerberq  





Xəbər lenti