Fransada etirazlarda 660-dan çox insan saxlanılıb

   Fransada etirazlarda 660-dan çox insan saxlanılıb
  30 İyun 2023    Oxunub:935
Fransada yeniyetmənin polis tərəfindən ölümü fonunda gecə iğtişaşlardan sonra 660-dan çox adam saxlanılıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin "Tvitter " hesabında məlumat verib.
"Dünən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz zorakılıqla üzləşdilər. Mənim qətiyyətli addımlar atmaq göstərişimdən sonra 667 nəfər həbs olundu", - nazir öz hesabında yazıb.

Qeyd edək ki, Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-dən 29-na keçən gecə onlarla polis maşını yandırılıb, komissarlıqlar, inzibati orqanların binaları yandırılıb, təhsil ocaqlarına ziyan dəyib.

Val-de-Marne departamentindəki Fren həbsxanasına daxil olmaq cəhdi barədə də məlumat verilib. İğtişaşların yatırılmasında iştirak edən 2 000 polis və jandarma əməkdaşlarının çoxu xəsarət alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti