Makron böhran qərargahının iclasını keçirəcək

   Makron böhran qərargahının iclasını keçirəcək
  30 İyun 2023    Oxunub:1233
Fransa prezidenti Emmanuel Makron 17 yaşlı gəncin polisin əli ilə ölümündən sonra ölkəni bürümüş iğtişaşlarla əlaqədar qurumlararası böhran qrupunun iclasını keçirəcək.
Bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən xəbər verir.

Bildirilir ki, Makron böhran qərargahının iclasına çatmaq üçün Brüssel səfərini vaxtından əvvəl ləğv etməli ola bilər.

Qeyd edək ki, Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-dən 29-na keçən gecə onlarla polis maşını yandırılıb, komissarlıqlar, inzibati orqanların binaları yandırılıb, təhsil ocaqlarına ziyan dəyib.

Val-de-Marne departamentindəki Fren həbsxanasına daxil olmaq cəhdi barədə də məlumat verilib. İğtişaşların yatırılmasında iştirak edən 2 000 polis və jandarma əməkdaşlarının çoxu xəsarət alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Makron  





Xəbər lenti