İƏT "Quran"ın yandırılmasına görə növbədənkənar iclas keçirəcək
İclasda Qurban bayramının ilk günündə İsveçdə "Quran"ın yandırılmasının əks olunması ilə bağlı addımların müzakirə ediləcəyi, ortaq münasibət nümayiş etdirilməsinin hədəfləndiyi bildirilib.
İƏT-in bir müddət əvvəl verdiyi yazılı açıqlamada "Qurani-Kərim"in yandırılmasının nifrət və irqçiliyi alovlandıran bir hərəkət olduğu, xalqlar arasında qarşılıqlı hörmət və barışığa xələl gətirən, beynəlxalq səylərə zidd olan bu hərəkətlərin təhlükəsi olduğu qeyd edilib.
Qeyd edək ki, İraq əsilli Salvan Momika adlı şəxs dünən İsveçin paytaxtı Stokholmda məscidin qarşısında polisin mühafizəsi altında "Quran"ı yandırıb.
AzVision.az
Teqlər: