Neftin qiymətinin 50 dollara düşəcəyi ssenari məlum olub

   Neftin qiymətinin 50 dollara düşəcəyi ssenari məlum olub
  29 İyun 2023    Oxunub:1390
Əgər Rusiya hakimiyyəti hazırda müşahidəçi statusuna malik olduğu Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə işgüzar əlaqələri kəsmək qərarına gəlsə, Şimal Dəniz Brent markalı neftin birja qiymətləri çox güman ki, bir barel üçün 50 dollara düşəcək.
AzVision.az "Bloomberg"ə istinadən xəbər verir ki, belə bir ssenaridə OPEK-in qlobal enerji bazarına təsiri zəifləyəcək və bu, xammalın qiymətinin kəskin ucuzlaşmasına səbəb olacaq.

Bundan əlavə, Rusiyanın OPEK-də müşahidəçi statusunu mümkün itirməsi Rusiya Federasiyasının daxili bazarında hasilat həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Məqalədə qeyd olunur ki, bu hal öz növbəsində qlobal səviyyədə “neft qiymətləri müharibəsi”nin başlanmasına səbəb olacaq.

"Rusiyanın OPEK-ə mənsubluğunun dəyərini görməyən birinin Putini əvəzləməsi ehtimalı var. Belə olan halda Rusiya neft hasilatını artırmaq qərarına gələrək, neftin qiyməti müharibəsinə səbəb ola bilər. Nəticədə, OPEK-in gücü zəifləyəcək, bu da dünyanı neftin bir barelinin qiymətini 50 dollara qaytaracaq”, deyə məqalədə qeyd edilib.

Qeyd edək ki, iyunun 29-da "Bloomberg" agentliyi Rusiyada vətəndaş müharibəsi baş verəcəyi təqdirdə dünya əmtəə bazarının ümumi təklifin 10%-ni itirəcəyini bildirmişdi. Eyni zamanda, Rusiya Federasiyasının daxili bazarında istehsalın kəskin azalması qaçılmaz olaraq bu növ enerji resursunun birja qiymətlərinə təsir edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti