Madonna xəstəxanaya yerləşdirildi

Madonna xəstəxanaya yerləşdirildi
  29 İyun 2023    Oxunub:1993
ABŞ-ın məşhur müğənnisi, 64 yaşlı Madonna xəstəxanaya yerləşdirilib
Bir neçə gün reanimasiyada qalan müğənninin ciddi bakteriyal infeksiyaya yoluxduğu müəyyən edilib.

Madonnanın meneceri Qay Oseri bildirib ki, Madonna xəstəliyindən dünya turu təxirə düşüb.

"15 iyulda Kanadanın Vankuver şəhərindən başlanması planlaşdırılan və 35 şəhəri əhatə edəcək dünya turu təxirə düşüb. Əlavə şoularla planlaşdırılacaq yeni tarix barədə məlumat veriləcək".

AzVision.az


Teqlər: Madonna  





Xəbər lenti