Elton Con Britaniyada son çıxışını edib

Elton Con Britaniyada son çıxışını edib
  26 İyun 2023    Oxunub:1479
Elton Con bazar günü öz vətənində son çıxışını edib. Vida konsertinin yeri İngiltərədə keçirilən Qlastonberi Musiqi Festivalı olub.
Elton Cona festivalın çoxsaylı məkanlarından ən nüfuzlusu – “Pyramid” səhnəsi verilib. Royal arxasında əyləşən musiqiçi özünün bir çox hitlərini ifa edib.

Xatırladaq ki, Elton Con 2018-ci ildən vida konsert turuna başlayıb, lakin COVID-19 pandemiyası ilə əlaqədar fasilə verməli olub. Ümumilikdə 333 konsert verilməsi planlaşdırılan tur iyulun 8-də Stokholmda başa çatacaq.

Mart ayında “The Sunday Times” Elton Conun vida konsert turundan toplanan vəsaitin 1 milyard dolları keçəcəyini yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti