Tom Odell Bakıda ilk dəfə konsert verdi - FOTOLAR + VİDEO

  Tom Odell Bakıda ilk dəfə konsert verdi -   FOTOLAR + VİDEO
  22 İyun 2023    Oxunub:1814
Britaniyalı müğənni və bəstəkar Tom Odell Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
AzVision.az xəbər verir ki, ifaları ilə milyonların qəlbini fəth edən sənətçi öz repertuarından məşhur mahnıları ilə pərəstişkarlarının qarşısına çıxıb.

Britaniyalı müğənninin Bakı konsertini "Pera Group" və "ApplePie Production" təşkil edib.

Qeyd edək ki, Tom Odell bir sıra musiqilərinə görə dəfələrlə mükafatlar alıb. Müğənni o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün "BRIT Awards" mükafatına layiq görülüb.

Aygün Xankişiyeva
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti