Süni intellektə "Grammy" verilməyəcək

      Süni intellektə    "Grammy" verilməyəcək
  19 İyun 2023    Oxunub:1776
“Grammy” musiqi mükafatının qərar qəbuledici orqanı olan "Səsyazma Akademiyası" musiqi parçalarının istehsalında süni intellektin geniş istifadəsinin qarşısını almaq üçün yeni addım atıb. Akademiyanın yenilənmiş qaydalar kitabında süni intellektlə işləmək qadağan olunub.
Yeni qaydaya əsasən, süni intellektin köməyi ilə yaradılmış bəzi musiqi parçaları müəyyən kateqoriyalarda yerə layiq görüləcək. Musiqiçilərin indi "Grammy" nominasiyasını qazanmaq üçün albomun hazırlanmasında ən azı 20 faiz əməyi olmalıdır.

Əvvəllər isə albomun hazırlanmasına kiçik töhfə verən istənilən prodüser, mahnı müəllifi və ya tanınmış vokalçı ilin albomuna namizəd ola bilərdi. Amerika Yazıçılar Birliyi və Kino Aktyorları Birliyi də ssenaristlik və aktyorluq kimi yaradıcılıq sahələrində süni intellektdən istifadənin qarşısını almağa çalışır.

"OpenAI" nin sadə məlumatlara əsaslanaraq insan kimi cavab verə bilən pulsuz çat botu ChatGPT istifadəyə verildiyi noyabrdan bəri süni intellektin istifadəsi bir çox sahələrdə sürətlə yayılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Grammy  





Xəbər lenti