Bakıda 45 yaşlı kişi və 17 yaşlı qız itkin düşüb

Bakıda    45 yaşlı kişi və 17 yaşlı qız    itkin düşüb
  17 İyun 2023    Oxunub:1184
Bakıda 45 yaşlı kişi itkin düşüb.
Bu barədə polisə Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Heydər Vəliyev ərizə ilə müraciət edib.

O bildirib ki, oğlu 1978-ci il təvəllüdlü Ehtiram Vəliyev tanışı, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İnqilab Hüseynovla birlikdə iyunun 13-də oğluna məxsus “Mercedes” markalı avtomobillə yaşadığı ünvandan çıxıblar.

Daha sonra Səbail rayonu Badamdar yolunda avtomobili saxlayıb və “Toyota Prius” markalı avtomobilə əyləşərək oradan uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Bundan başqa, Bakıda 17 yaşlı qız da itkin düşüb.

2006-cı il təvəllüdlü Məmmədova Rəhimə Nazim qızı iyunun 14-də paytaxtın Nizami rayonunda yaşadığı mənzildən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: İtkin  





Xəbər lenti