`Rusiya Ukraynadan geri çəkilmir, aldadır`

`Rusiya Ukraynadan geri çəkilmir, aldadır`
  31 May 2014    Oxunub:905
UkraynaHərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb ki, Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsi ilə bağlı verdiyi vədə əməl etmir.

Hərbi ekspert qeyd edir ki, Ukrayna sərhədinin yaxınlığında – Rostov istiqamətində yerləşən 137-ci desant alayının tərkibindəki batalyon geri çəlisə də, sərhəddəki400 zirehli texnikanın təxminən 200-nün hələ də qalır.

Tımçukun fikrincə, prosesə birbaşa müdaxilə etməyən Rusiya separatçıları müxtəlif üsullarla dəstəkləyərək vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin `Ukrayna ilə sərhəddə təlimlər keçirən rus qoşunlarının geri çəkilməsini` əmr edib.

AzVision.az


Teqlər:





Xəbər lenti