Çin ən müasir çiplər üçün yarışır

   Çin ən müasir çiplər üçün yarışır
  15 İyun 2023    Oxunub:1419
Çinin texnoloji sənayesi daxili komponent çatışmazlığı fonunda süni intellekt ambisiyalarını gücləndirmək üçün ən müasir çiplər üçün yarışır.
Bu barədə “South China Morning Post” qəzeti Çinin dövlət mediasına istinadən məlumat yayıb. Qeyd olunub ki, ölkədə süni intellekt sektoru çiplərin, proqramlaşdırıla bilən massivlərinin olmaması səbəbindən boğulur.

Qeyd olunur ki, Çin sənayesi xarici istehsalın zəruri komponentləri və onlara tələbat xeyli artdığına görə qıtlıqla üzləşib. Eyni zamanda, Çinə qarşı çip və digər avadanlıqların tədarükünü məhdudlaşdıran sanksiyalar tətbiq edilib.

Nəşrin məlumatına görə, “TikTok” sosial şəbəkəsini yaradan Çinin “ByteDance” şirkəti 2023-cü ilin əvvəlindən öz chatbotunun infrastrukturunu inkişaf etdirmək üçün Nvidia prossesorlarının alınmasına 1 milyard dollardan çox pul xərcləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti