Yaponiya Ukraynaya mərmi tədarük etmək niyyətindədir

   Yaponiya Ukraynaya mərmi tədarük etmək niyyətindədir
  15 İyun 2023    Oxunub:953
Yaponiya ABŞ-a mərmi ötürmək imkanını nəzərdən keçirir. Həmin mərmilər daha sonra Ukraynanın əks-hücum zamanı istifadə olunması üçün Kiyevə ötürüləcək.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Ukraynaya öz arsenallarından əhəmiyyətli miqdarda silah göndərdikdən sonra Vaşinqton Kiyevə onun döyüş hazırlığına xələl gətirmədən kömək etmək üçün yeni yollar axtarır.

Odur ki, Vaşinqton Tokiodan 2016-cı ildə imzalanmış ikitərəfli saziş çərçivəsində 155 mm-lik mərmilər almaq niyyətindədir. Bu müqaviləyə əsasən ölkələr uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı vasitəsilə sursat mübadiləsi edə bilərlər.

Pentaqonun sözçüsü bildirib ki, ABŞ və Yaponiya Ukraynaya dəstək üçün daha 50 dövlətlə əməkdaşlığı davam etdirir. ABŞ-ın Tokiodakı səfiri Rahm Emanuel bildirib ki, ABŞ hökuməti öz müttəfiqləri ilə danışıqlar aparır, çünki ABŞ-ın hərbi təchizatı son 18 ayda tükənib.


AzVision.az


Teqlər:





Xəbər lenti