Tehran universitetində oturaq aksiyasında tələbələri döydülər
“İyunun 14-də İncəsənət universitetinin 50-yə yaxın tələbəsinin məcburi hicab taxılmasına etiraz olaraq bu universitetin Milli Bağça şəhərciyində oturaq aksiyaya başlayıblar. Təhlükəsizlik xidmətinin davamlı təzyiq və təhdidlərinə baxmayaraq bu gün tələbələr hələ də universitetdədirlər və onların çıxmasına icazə verilmir. Universitetin təhlükəsizlik xidməti tələbələrə su və yemək verilməsinə, habelə tualetdən istifadə etməsinə mane olub”, - məlumatda bildirilir.
Universitetin əhlükəsizlik xidmətinin əməkdaşları həmçinin, tələbələrin oturaq aksiyanın davam etdirəcəkləri təqdirdə mülki geyimli zabitlərin içəri girməsinə icazə veriləcəyi ilə də hədələyiblər.
Son ümummilli etiraz aksiyalarından sonra ölkə universitetlərinə məcburi hicabın tətbiqi ilə bağlı təzyiqlər güclənib. Əynindəki geyim növünə və məcburi hicab taxmadıqlarına, eləcə də hər hansı bir toplantı və etiraz aksiyalarında iştiraka görə, tələbələr “qovulmaq” və “təhsildən kənarlaşdırmaq” əmri ilə üzləşirlər.
AzVision.az