Azərbaycanın “Uçan tankları” Konyada - Reportaj
Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti, kapitan Murat Əlizadə təfərrüatları açıqlayıb.
"Bu döyüş təyyarəli pis və yaxşı hava şəraitində düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. 7 min metr hündürlüyə qədər qalxa bilir".
M.Əlizadə təyyarənin üzərindəki ulduzların onun nə qədər döyüşdə olmasının göstəricisi olduğunu qeyd edib.
"44 günlük Vətən müharibəsində Ordumuza hava dəstəyi vermək üçün Ermənistanın hərbi hava qüvvələrinə qarşı 37 döyüş uçuşu keçirib və qələbə ilə çıxıb. Bu döyüş təyyarəsinə başqa adla "uçan tank" deyilir. Hər qanadında silah asmaq yeri var. 500 kiloya qədər silah, ümumilikdə isə 4 tona qədər yük götürə bilir".
Təyyarələrin digər diqqətçəkən xüsusiyyəti Türkiyənin bir müddət əvvəl Rusiyadan "SU-35" və "SU-50" döyüş təyyarələrini alma ehtimalıdır. Bu imkanlar müzakirə olunduğu vaxtda Azərbaycanın həmin təyyarələrlə təlimə qatılması türk pilotlarının onları daha yaxından izləməsinə səbəb olub.
AzVision.az
Teqlər: