Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana gəlir - KİV
2016-cı ildə Bin Ferhanın səfəri zamanı bağlanan Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması gözlənilir.
İki ölkə arasında diplomatik əlaqələr 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra yaranan gərginlik zamanı kəsilib.
2021-ci ildə İraq və Omanın ev sahibliyi ilə danışıqlara başlayan Ər-Riyad və Tehran martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan səudiyyəli həmkarı Feysəl bin Ferhanla aprelin 6-da Pekində görüşüb. Onlar iki ölkənin səfirliklərinin açılması, uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.
İran xarici işlər nazirinin müavini Əli Rza Enayetin mayın 23-də Ər-Riyad səfiri təyin edildiyini, İranın Ər-Riyaddakı səfirliyinin iyunun 6-da, Ciddə konsulluğunun isə iyunun 8-də yenidən fəaliyyətə başladığını açıqlayıb.
AzVision.az
Teqlər: