NATO ölkələrinin müdafiə nazirləri bu gün görüşəcək

NATO ölkələrinin müdafiə nazirləri bu gün görüşəcək
  15 İyun 2023    Oxunub:937
NATO ölkələrinin müdafiə nazirləri iyunun 15-16-da Brüsseldə görüş keçirəcəklər.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, görüş NATO-ya üzv dövlətlərin liderlərinin iyulun 11-12-də Vilnüsdə keçiriləcək iclasına hazırlıqla bağlı baş tutacaq.

O qeyd edib ki, görüşdə Ukrayna ilə həmrəylik və Ukraynaya dəstək, həmçinin müdafiə istehsalı planları, NATO-nun çəkindirmə və müdafiə strategiyası, təhlükəsizliyin nüvə aspektləri müzakirə olunacaq.

Həmçinin Ukraynanın müdafiə naziri ilə birlikdə NATO-Ukrayna Komissiyası və Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək. Ukraynanın təhlükəsizlik və müdafiə sektorunun maliyyələşdirilməsi və islahatları məsələləri müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti