ABŞ-dan XİN başçılarının təxirə salınan görüşü ilə bağlı açıqlama
"Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə 100%-ə çata bilmədi və biz bunu mümkün qədər tez keçirməyi səbirsizliklə gözləyirik" ,- Miller bildirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin qeyd edib ki, Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanmaqda davam edir.
"Biz razılığın əldə olunacağına inanırıq", - diplomat deyib.
Bundan əvvəl bildirilmişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti raundu təxirə salınıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: XİN