Daha bir ölkə "Bayraktar TB2"ə sahib oldu

   Daha bir ölkə "Bayraktar TB2"ə sahib oldu
  14 İyun 2023    Oxunub:802
Türkiyənin müdafiə sənayesində yerli və milli texnologiyalarla "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2 SİHA"sı 30-cu ölkəyə ixrac edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Küveyt "Bayraktar TB2"nin ixrac edildiyi 30-cu ölkə oldu.

"Baykar"ın baş direktoru Haluk Bayraktar paylaşdığı mesajda bildirib ki, Bayraktar TB2-lər dost və qardaş ölkələrin ehtiyatlarında sülh və təhlükəsizliyin bərqərar olmasına xidmət etməyə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti