Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketi ayırıldı

Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketi ayırıldı
  13 İyun 2023    Oxunub:687
ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

"ABŞ Prezidenti Cozef Baydenin verdiyi səlahiyyətə uyğun olaraq, mən Ukraynaya 40-cı mövcud silahların ayrılmasına icazə verirəm. Bu, 325 milyon dollar dəyərində Amerika silah və texnikası verəcək", - sənəddə deyilir.

Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti