SEPAH İranın Kürdüstan əyalətini toplardan atəşə tutub
Bazar ertəsi günortadan sonra bu əraziyə bir neçə buldozerlə hərbi karvan göndərən SEPAH yüksəklikləri atəşə tutduqdan sonra öz qüvvələrini Kusalandakı SEPAH kazarmalarına yerləşdirib. Bundan sonra SEPAH qüvvələri yol çəkmək və Havar Rəsabanın mühüm yüksəkliklərində iştirak etmək üçün bu əraziyə göndərilib. Axşam saatlarında isə həmin qüvvələrin yerləşdiyi yerdə bir neçə güclü partlayış səsi eşidilib. Amma hələlik bu ərazidə hərbi münaqişənin olub-olmaması və ya bu hərbi əməliyyatların hədəfində hansı qrup olduğu müəyyənləşdirilməyib.
Keçən həftə SEPAH qüvvələri Kirmanşah və Kürdüstan əyalətlərinin Rəvansər, Pavə və Sərvabad şəhərlərində Şahu dağı ətrafında yerləşərək bu yüksəklikləri pilotsuz təyyarələrlə bombalayıb.
SEPAH bu ərazilərdə əvvəllər də, xüsusilə 2020 və 2021-ci illərdə münaqişələr törədib. Həmin münaqişələrlə bağlı hesabatlarda bu hərbi qurum İran İslam inqilabının əleyhinə fəaliyyət göstərən qrupları hədəfə aldığını bidirib.
AzVision.az