“Hökmdarlar hicab müharibəsini uduzacaqlar”
“Hökmdarlar Hicab və İffət qanun layihəsini hazırlayıb təbliğ etməklə İran qadınları ilə əlbəyaxa müharibəyə başlayıblar. Bu qanun orta əsrlər münasibəti və qadınların vətəndaş hüquqlarının və təbii insan azadlıqlarının pozulmasının iyrənc siyahısıdır. Hakimiyyətdəkilər hicab taxmaq məcburiyyətindən həmişəlik imtina etsinlər, və bilsinlər ki, millətlə, qadınla bu əlbəyaxa savaşda İranı idarə edənlər əsas məğlublar olacaqlar, - müraciətdə deyilir.
Zəhra Pəhnəvərd öz siyasi maraqlarını qorumağa və hakimiyyətlərini davam etdirməyə çalışanların 2009-cu il seçki çevrilişindən, xüsusən də günahsız kürd qızı Məhsa Əmininin öldürülməsindən və şərəfli “Qadın, Həyat, Azadlıq” hərəkatından sonra İranın tarixinin bir daha vərəqləndiyini, insanların həyatında yeni səhifənni başlandığına hələ də inanmadıqlarını bildirib.
AzVision.az