İran Latın Amerikası ilə əlaqələri genişləndirir
İran-Venesuela razılaşmalarının təfərrüatları hələ dərc olunmasa da, İranın dövlət xəbər agentliyi keçən həftə İbrahim Rəisinin bu səfər zamanı ikitərəfli əməkdaşlığı genişləndirmək üçün sənədlər imzalayacağını açıqlayıb.
ABŞ-ın sanksiyaları altında olan İranla Venesuela ötən il Tehranda neft, müdafiə və digər sahələrdə əməkdaşlıq barədə 20 illik proqram imzalayıblar. Bu əməkdaşlıqların bir hissəsi İranın Venesuela neftayırma zavodlarının saxlanmasında iştirakıdır. İran həmçinin Venesuelanın ən böyük neft emalı zavodunun yenidən qurulmasında iştirak etmək niyyətindədir. Venesuela xarici və yerli investorları bu ölkəyə sərmayə yatırmaqdan çəkindirən ABŞ-nin sanksiyalarının qarşılığında neftayırma zavodlarının təmiri və modernləşdirilməsi üçün Qərbi Asiyadakı yaxın dostu İrana müraciət edib.
Prezident İbrahim Rəisinin başçılığı altında İranın Latın Amerikasına gələn siyasi və iqtisadi nümayəndə heyəti Venesueladan sonra Nikaraquaya və Kubaya səfər edəcək.
AzVision.az