Fransa parlamenti SEPAH-ı terrorçu təşkilat kimi tanımağa hazırlaşır
“İndiyədək SEPAH-ı terrorçu adlandırmaq qətnaməsinin təklifi üçün texniki və məhkəmə maneələri var idi ki, bu da məsələnin arxasınca getməyə imkan vermirdi. Lakin artıq qətnamənin hazırlanması üçün addımlar atılıb. Fransa Milli Assambleyası 2020-ci ilin noyabrında hökumət hücumlarını və İranda Məhsa Əmininin ölümündən sonra hökm sürən vəziyyəti pisləyən qətnamə qəbul edib. Fransada SEPAH-ı terrorçu adlandırmaq cəhdi də o andan başlayıb. Mən və Fransa parlamentinin bir neçə üzvü Avropa parlamentinin etdiyi kimi, bu sahədə bir qrup hüquqşünasın hesabatlarını və sənədlərini nəzərdən keçirməyə, mühüm qərarlar qəbul etməyə hazırıq”, - Eleanor Croix deyib.
Deputat bu prosesin hələ rəsmi şəkildə elan olunmasa da, işin davam etdiyini, çoxlu sayda Fransa təmsilçisinin İran xalqı ilə həmrəylik üçün daha bir addım atmaq və onun mübarizəsinə kömək etmək istədiklərini bildirib. Bunun üçün isə SEPAH-ın terrorçu kimi tanınması ilə bağlı parlamentə təqdim edilən qətnamə nümayəndələrin əhəmiyyətli əksəryətini razı sala biləcək dərəcədə ağırlığa malik olmalıdır.
SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınması prosesində parlamentarilərin Qərb dövlətlərinin hökumətlərindən öndə getdiklərini əvvəlki xəbərlərimizdə vurğulamışdıq. Ona görə də, parlamentarilərin məsələyə siyasi məqsədəuyğunluq prizmasından yanaşan hölumətlərini ciddi şəkildə tənqid etməsi heç də təsadüfi deyil.
Bu baxımdan, son illər təcavüzkar siyasəti ilə seçilən Ermənistana xüsusi hüsn-rəğbət hissi sərgiləməkdə İranla həmrəylik nümayiş etdirən Fransa hökumətinin, daha dəqiq desək Emmanuel Makronun SEPAH-ın terrorçu təşkilta kimi tanınması ideyasını dəstəkləyəcəyi heç də inandırıcı görünmür.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az