Ermənistanda şəkər tozunun qiyməti "əl yandırır"

   Ermənistanda şəkər tozunun qiyməti   "əl yandırır"
  13 İyun 2023    Oxunub:905
Ermənistanda ərzaq məhsullarında qiymət artımı yenidən pik həddə çatıb. AzVision.az
xəbər verir ki, bu barədə tanınmış erməni jurnalist Oskan Sarkisyan məlumat yayıb.
O, sosial şəbəkələrdə foto paylaşaraq yazıb ki, hazırda piştaxtalardakı "əl yandıran" qiymətlər səbəbindən şəkər tozuna yaxın durmaq mümkün deyil: “Dollar, avro, rus rublu erməni dramı ilə müqayisədə xeyli ucuzlaşıb. Lakin Samvel Aleksanyanın "İrəvan city" supermarketlərində şəkərin qiyməti aşağı düşməyib.

Rusiyadakı böhran İrəvanın ərzaq bazarını "vurdu"
Əksinə, bu məhsul yüksək qiyməti ilə alıcıların əlini “yandırır”. 2 və 5 kiloqramlıq bağlamalardır. Bu bağlamaların kiloqramı üçün 490 dram müəyyən edilib. Heç bir endirim də gözə dəymir.

Samvel Aleksanyan "Nikol bizim qardaşımızdır" deyirdi. Zaman da göstərdi ki, Samvel Aleksanyanın hazırkı hakimiyyətlə dostluğu uzunmüddətlidir”, - erməni jurnalist oliqarxların hegemonluğu və tez-tez mənfi yöndə dəyişən qiymət artımlarından gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qiymət   Şəkər-Tozu  





Xəbər lenti