Ukrayna Almaniyadan yeni tanklar istəyir

   Ukrayna Almaniyadan yeni tanklar istəyir
  12 İyun 2023    Oxunub:852
Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik Almaniyadan Kiyevə daha çox tank və piyada döyüş maşınları (BPM) verməsini xahiş etdiyini bildirib.
O, bu barədə Almaniyanın “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib. Diplomat bundesverin Ukrayna Silahlı Qüvvələrinə 300-dən çox tank verə biləcəyini vurğulayıb və Kiyevə 60 Marder piyada döyüş maşınının verilməsini xahiş edib.

Qeyd edək ki, Almaniya artıq Ukraynanı “Leopard” tankları ilə təmin edib.

AzVision.az


Teqlər:





Xəbər lenti