Ələ keçirilən İran nefti Texas sahillərində boşaldılacaq

   Ələ keçirilən İran nefti Texas sahillərində boşaldılacaq
  12 İyun 2023    Oxunub:995
Vaşinqtonun Tehrana qarşı apardığı sanksialalar müharibəsində ABŞ vaxtaşırı İranın neft tankerlərinin həbsinə də nail ola bilər. Müsadirə edilən neftin qiyməti isə milyon dollarla ölçülür.
AzVision.az Amerikanın “Financial Times” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Vaşinqton aprel ayında ələ keçirilən 800 min barrel İran neftini tezliklə boşalda bilər. İran nefti ilə dolu olan tanker indi Texas sahillərindəki limandan 100 kilometr uzaqda lövbər salıb. Mayın sonlarında “Süveyş Rajan” neft tankeri ABŞ Ədliyyə nazirliyinin müsadirə qərarı əsasında təxminən iki həftə əvvəl Texas sahillərindəki Galston limanına köçürülüb.

“Gəmidən gəmiyə” əməliyyatında (mənşəyini və sahibliyini gizlətmək üçün neft yüklərinin okeanların ortasında bir tankerdən digərinə ötürülməsi) iştirak etdiyi üçün “Süveyşin Rajan” gəmisini ötən ildən izləyən ABŞ, nəhayət ki bu ilin aprel ayında Sinqapur limanlarında onu ələ keçirib.

Bu neft daşınmasının dəyəri 56 milyon dollar həcmində qiymətləndirilir. Birləşmiş Ştatların Gəmiçilik administrasiyasının məlumatına görə, gəmi Texas sularına daxil olduqdan sonra təhlükəsizlik yoxlamasına hazırlaşaraq Xəzinədarlığın icazəsi əsasında yükünü sahilə yaxınlaşdırıb. Ələ keçirilən yükün satışından əldə olunacaq pulun ABŞ Konqresinin terror qurbanları üçün yaratdığı fonda ayrıla biləcəyi deyilir .

Qeyd edək ki, bu tankerin ələ keçirilməsindən sonra Tehran öz növbəsində, İran gəmisi ilə toqquşması iddiası ilə Oman körfəzində Küveyt neftini Amerikanın “Chevron” şirkətinə daşıyan “Advantage Suite” neft tankerini ələ keçirib.
AzVision.az





Teqlər: ABŞ   İran  





Xəbər lenti