Moldova və Ukrayna birgə körpü tikir

   Moldova və Ukrayna birgə körpü tikir
  12 İyun 2023    Oxunub:838
Moldova və Ukrayna Dnestr üzərindən körpünün tikintisinə dair ikitərəfli saziş imzalayıb. Bu barədə TASS Ukraynanın İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, yeni körpü Ukrayna-Moldova dövlət sərhədində Yampol (Ukrayna) - Kosautsı (Moldova) yaşayış məntəqələri ərazisində tikiləcək. Müvafiq sazişi Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini - icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov və Moldovanın infrastruktur və regional inkişaf naziri Liliya Dabija imzalayıblar.

Nazirlik əlavə edib ki, saziş iki ölkə prezidentinin 2021-ci ildə keçirilən görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq imzalanıb.

Bildirilir ki, körpü Kiyev və Kişinyov arasında nəqliyyat dəhlizinin əsas halqasına çevriləcək və ukraynalı ixracatçılar Ukraynanın mərkəzi rayonlarından Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə ən qısa marşrutu qəbul edəcəklər.

İnfrastruktur Nazirliyindən verilən məlumata görə, körpünün ümumi uzunluğu 1,4 min metrdən çox olacaq.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Ukrayna   Moldova  





Xəbər lenti