Rusiyanın VTB bankı İranda “filial” açmaqdan imtina edib

   Rusiyanın VTB bankı İranda “filial” açmaqdan  imtina edib
  12 İyun 2023    Oxunub:837
Bu ilin yanvarında Rusiya nümayəndə heyətinin Tehrana səfərindən sonra İranın sənaye və ticarət nazirinin müavini Əlirza Peymanpak Rusiyanın VTB bankının Tehranda “nümayəndəlik” açdığını elan etdi. Lakin hadisələrin sonrakı inkişafı iranlı nazirin arzu olunanı həqiqət kimi qələmə verdiyini göstərdi.
AzVision.az xəbər verir ki, “VTB”nin İranda birbaşa iştirak edən ilk Rusiya bankı olduğunu deyən Peymanpak, Tehranda onun nümayəndəliyinin yaradılmasının valyuta gəlirlərinin bir hissəsinin trast şəbəkəsindən bank şəbəkəsinə köçürülməsi və ticarətin şəffaflığı baxımından təsirli olacağını vurğulmışdı.

Lakin İran rəsmisinin açıqlamalarına rəğmən, VTB-nin rəhbəri Andrey Kostin bankın İranda cəmi bir nümayəndəliyinin açıldığını və bu ölkədə filialının yaradılması planının olmadığını bilidirib.

Bu barədə “Sputnik Rossiya” agentliyinə müsahibə verən Andrey Kostin bankın Tehranda cəmi iki işçisi olan bir ofis açdığını və bu nümayəndəliyin İranı daha yaxından tanımaq, məlumat və əlaqə məqsədi daşıdığını deyib.

Xarici şirkətlərin İranda filial və ya nümayəndəliklərinin qeydiyyata alınmasına dair qaydalara əsasən, xarici bankların nümayəndəlikləri yalnız “bank əlaqəsi” rolunu oynayırlar. Başqa sözlə, bu ofislər öz bankları ilə İran bankları, təşkilatları və şirkətləri arasında “məsləhətçi” və ya “məlumat əlaqələndiricisi” qismində çıxış edirlər.
Bununla belə, xarici bankların İrandakı filialları istər ölkə daxilində, istərsə də sərbəst zonalarda təsis lisenziyası alaraq digər yerli banklar kimi adi bank işləri ilə məşğul ola bilirlər.
AzVision.az




Teqlər: VTB   İran  





Xəbər lenti