Rza Pəhləvi:SEPAH-ı terrorçular siyahısına salınmağa heç bir hüquqi maneə yoxdur
Şahzadənin sözlərinə görə, bir qrup iranlı-fransalı hüquqşünas onun katibliyi ilə əlaqə saxlayaraq, hazırladıqları hesabata əsasən belə qənaətə gəldiklərini bildiriblər.
“Bir neçə Avropa hökuməti ilə də paylaşılan bu hesabata əsaslanaraq, Avropa hakimiyyətini hazırkı mövqelərinə yenidən baxmağa dəvət edirəm. SEPAH İran və ya iranlıların müdafiəsinə deyil, ancaq diktatura hakimiyyətinə sadiqdir. SEPAH-ı terrorçular siyahısına əlavə etmək mövcud faktları tanımağın, ölkəmizdə azadlıq və demokratiya uğrunda mübarizə aparan soydaşlarımı dəstəkləməyin güclü əlaməti olacaq”, - Rza Pəhləvi deyib.
İranda “Qadın, Həyat, Azadlıq” hərəkatı başlayandan bəri etiraz edən iranlıların SEPAH-ı terrorçu adlandırmaq üçün dünya ölkələrinə müraciəti artıb.
ABŞ SEPAH-ı artıq terror təşkilatı kimi tanınıb. Lakin bu ilin yanvarında Avropa parlamentinin SEPAH-ın adının terrorçu qruplar siyahısına salınması barədə qərarına rəğmən, Avropa Şurası və Avropa İttifaqına üzv dövlətlər bu hərbi təşkilatı rəsmi şəkildə terrorçu qruplar siyahısına daxil etməyiblər.
AzVision.az