Ərdoğan Şimali Kiprə gedib

   Ərdoğan Şimali Kiprə gedib
  12 İyun 2023    Oxunub:770
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Ərdoğan yenidən prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edib.

Səfərdə onu həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii qaynaqlar naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, informasiya və kommunikasiya naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik müşayiət edir.

Səfər çərçivəsində ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq, adadakı vəziyyət, regional və qlobal miqyasda məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti iyunun 13-də Azərbaycana gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti