İranda evlər bir neçə dəfə bahalaşıb
Bu sahədə ən pis dövr son beş illə bağlıdır. Təkcə İbrahim Rəisi hökuməti dövründə mənzil qiymətləri 70% artıb. Həsən Ruhaninin səkkiz illik prezidentliyi dövründə mənzillərin qiyməti 2013-cü ildəki hər kvadratmetr üçün 3 milyon 800 min tüməndən 2021-cü ildə 30 milyon tümənə yüksəlib. İranda orta kirayəçilik nisbəti 1986-ci ildəki 12%-dən 2020-ci ildə 38%-ə qədər yüksəlib. Bu il Tehran 43%-lik kirayəçilik nisbəti ilə ölkədə birinci yeri tutur.
“Məclis” araşdırmalar mərkəzinin yaydığı məlumatda Tehranda mənzillərin qiymətinin son 5 ildə 9,5 dəfə, minimum əmək haqqının isə cəmi 6 dəfə artdığı bildirilir. Bu hesabata əsasən, Tehranda yaşayış binasının hər kvadratmetrinin orta qiyməti 2016-2022-ci illər arasındakı dövrdə 5 milyon tüməndən 48 milyon tümənə qalxdığı deyilir. Eyni dövrdə işçilərin minimum əmək haqqı isə 1 milyon 125 min tüməndən 6 milyon 725 min tümənə yüksəlib.
AzVision.az