Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova birgə təlim keçirir

   Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova birgə təlim keçirir
  12 İyun 2023    Oxunub:956
Gürcüstanda Azərbaycan, Ermənistan və Moldovanın yanğınsöndürmə-xilasetmə qruplarının iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təlimlər iyunun 12-dən 16-dək Avropa İttifaqının (Aİ) ekspert və texniki dəstək proqramının himayəsi altında keçiriləcək. Yanğınsöndürənlər üçün əvvəlcədən hazırlanmış meşə yanğını "ssenariləri" işlənəcək. Təlimin məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı aidiyyəti bölmələrin koordinasiyasını və əlaqələrini təkmilləşdirməkdir.
Məşqlərə avtomobil texnikaları və aviasiya da cəlb olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim  





Xəbər lenti