Tehran birjasında turbulentlik tendensiyası

   Tehran birjasında turbulentlik tendensiyası
  12 İyun 2023    Oxunub:896
İrana qarşı tətbiq edilən sərt sanksiyalar və hökumətin yartımaz siyasəti iqtisadiyyatın bütün sahələrində ciddi problemlər yaradıb. Tehran birşasında ölkənin indeksində müşahidə olunan turbulentlik tendensiyası da bunu sübut eidr.
AzVision.az Tehran birjasının saytında dərc olunan statistik məlumata istinadən xəbər verir ki, iyunun 10-da İranın fond bazarının ümumi indeksi 3%-dən çox, yəni 73 min vahid azalma ilə üzləşib. Bu, Tehran birjası indeksinin mayın ortalarından indiyədək ən əhəmiyyətli enişidir. Belə ki, indeksin səviyyəsi 2,5 milyon vahiddən 2,2 milyon vahidə düşüb. Təkcə iyunun 10-da bu birjadan təxminən 2 trilyon 104 milyon tümənlik real pul çıxarılıb. İran rəsmiləri son 30 gündə birjanın 300 min vahid aşağı düşməsinin səbəbini izah etmirlər.

Halbuki, indeksin balanssız və anormal pik nöqtələrindən sonra dəfələrlə əhəmiyyətli enişləri nəticəsində bu bazarda xeyli miqdarda xalq kapitalı itirilib.
Əksər ekspertlər birjada böyük dalğalanmaların səbəbi kimi həm əvvəlki Həsən Ruhani, həm də indiki İbrahim Rəisi hökumətlərinin təkzib etdiyi məsələni - hökumətin insanların aktivlərini bu bazara sürükləmək üçün birja indeksi ilə qəsdən manipulyasiya oyunları apardıqlarını göstərirlər.

Maraqlıdır ki, İranın fond bazarı son bir neçə ildə təzadlı prosesdən keçib. Ölkədəki iqtisadi durğunluğa, sanksiyalara və maliyyə böhranlarına baxmayaraq, 2019-cu ilin birinci yarısında birjanın ümumi indeksi 500 min vahiddən iki milyon vahidi ötüb. Daha sonra ümumi indeksin azalma tendensiyası onu 2021-ci ilin ortalarında 1,1 milyon vahidə qədər aşağı saldı ki, bu da bəzi səhm alıcıları üçün böyük itki yaşatdı. Tehran birjasında qeyri-normal turbulentlik tendensiyası ümumi indeksi keçən ilin noyabrında 1,27 milyon vahiddən bu il mayın ortalarında 2,5 milyon vahiddən də yuxarı səviyyəyə yüksəltdikdən sonra, indi yenidən endirib.
AzVision.az


Teqlər: Tehran   birja  





Xəbər lenti