Rusiya "Axmat" dəstəsi ilə ilk müqaviləni imzaladı
Müqaviləni Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim və Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin direktoru Adam Daşayev imzalayıb. Kimin sözlərinə görə, bu gün bir çox bölmələr, könüllü dəstələr və digər hərbi birləşmələr birlikdə müharibədə iştirak edir.
Bundan əvvəl Ramzan Kadırov Çeçenistanda Müdafiə Nazirliyinin iki yeni “Axmat-Rusiya” və “Axmat-Çeçenistan” alayı yaradıldığını və onların yaxın vaxtlarda Ukrayna ilə müharibəyə gedəcəyini bildirmişdi. Hazırda 78-ci motoatıcı “Şimal-Axmat” motoatıcı alayı Marinski istiqamətində döyüşlərdə iştirak edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Rusiya