Qeyd olunur ki, 2020-ci il dekabrın 11-də axşam saatlarında Azərbaycan Silahlı Qüvvələri postlardan birində əməliyyat keçirib. 40 dəqiqəlik döyüşdən sonra mayorun əmri ilə şəxsi heyət geri çəkilib. Lakin mayor mühüm sənədlərin azərbaycanlıların əlinə keçməməsi üçün lazımi tədbirlər görməyib. Xəritələri və digər döyüş sənədlərini ələ keçirən Azərbaycan Silahlı Qüvvələri qalan postları da rahat şəkildə mühasirəyə ala bilib.
Ordumuzun məhv etdiyi polkovnik: Şakaryan 90-cı illərin hərbi canilərindən olub |
"Nəticədə erməni bölmələri qeyri-bərabər döyüşdə itki verib, doqquz nəfər həlak olub, daha iki nəfər əsir götürülüb.Əldə edilən sübutlar əsasında hər iki zabitə qarşı ittiham irəli sürülüb. İbtidai istintaq yekunlaşıb, iş Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinə verilib", - məlumatda deyilir.
Xatırladaq ki, İrəvanın 44 günlük müharibədə ağır məğlubiyyətindən sonra tarixi üçtərəfli bəyanat imzalandı. Lakin bundan bir ay sonra Şirak bölgəsindən göndərilən təxribatçılar Hadrutun iki kəndi yaxınlığında terror planları həyata keçirməyə çalışdılar. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ordumuza qarşı terror əməli törədən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülmüşdü.
Əməliyyatlarda xeyli sayda təxribatçı da əsir düşmüşdü. Onların bəziləri artıq geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az