Aİ Ukraynada uzunmüddətli hərbi münaqişəyə hazırlaşır

 Aİ Ukraynada uzunmüddətli hərbi münaqişəyə hazırlaşır
  12 İyun 2023    Oxunub:943
Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, Avropa İttifaqı Ukraynadakı hərbi münaqişənin bir neçə il uzanacağına hazırlaşır.
Bu barədə Breton RMS radiostansiyasında məlumat verib. “Biz bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Avropada yüksək döyüş intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi, biz buna hazırlaşırıq"-o bildirib.

Breton onu da qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını hələ də tükəndirməyib.

“Başqa sanksiyalar da mümkündür, lakin heç kim demədi ki, Ukrayna onların sayəsində qalib gələcək. Əgər Ukrayna qalib gəlsə, o, əsassız olaraq işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərbi yolla olacaq, ona görə də Avropa İttifaqı və Ukraynanın müttəfiqləri onu qələbə üçün lazım olan hər şeylə təmin edirlər”.


AzVision.az


Teqlər:





Xəbər lenti