- Odur ki, Parisin mövqeyi Pekinin mövqeyi ilə üst-üstə düşür. Səfir Filipp Setton qeyd edib ki, NATO-nun Tokioda ofis açması Çinin qəzəbinə səbəb ola bilər və buna yol vermək olmaz. Səfirin fikrincə, NATO Asiya bölgəsində tərəf seçə bilməz. Parisin Tokio ofisi ilə bağlı mövqeyi Pekinin diplomatik zəmində Şimali Atlantika Blokuna qarşı fəallaşmasına imkan verəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib ki, NATO Asiyaya doğru genişlənmək siyasətindən əl çəkməlidir, əks halda bölgədə gərginlik artacaq.
NATO "Soyuq müharibə"dən sonra ən böyük təliminə start verir |
Elxan Şahinoğlunun sözlərinə görə, NATO-nun Tokioda ofis açması üçün təşkilat üzvlərinin qərarı konsensus əsasında verilməlidir. Yəni NATO üzvlərindən biri Yaponiyanın paytaxtına ofisin açılmasının əleyhinədirsə, məsələ müsbət həll olunmayacaq.
- Bu məsələ NATO-nun Vilnyusda iyulun 11-12-də keçiriləcək sammitində müzakirə edilməli idi. Tədbirə Yaponiyanın baş naziri Fumio Kisido da dəvətlidir. Kisidonun sözlərinə görə, Yaponiya NATO üzvü olmaq istəmir. Buna baxmayaraq, Yaponiya Çinin artan gücündən ehtiyat edərək Şimali Atlantika Bloku ilə əməkdaşlığı genişləndirməyə çalışır. NATO-nun Tokioda ofis açmaq istəyi buna xidmət etməliydi.
Parisin mövqeyi ABŞ və Yaponiyada narazılıqla qarşılanıb. Çünki ər iki ölkə Çinin bölgədə artan hərbi gücündən narahatdır. NATO-nun Tokioda ofis açması Pekinə ciddi xəbərdarlıq olmalıydı ki, Şimali Atlantika Blokunun bölgədəki tərəfdaşlarına təhlükə yaratmasın. Paris Vaşinqtonun və Tokionun planlarını pozmaq üzrədir. ABŞ müdafiə naziri Lloyd Ostin Hindistana səfəri zamanı verdiyi açıqlamada, NATO-nun Asiyaya doğru genişlənmədiyini, ancaq Şimali Atlantika Blokunun bölgə ölkələri ilə tərəfdaşlıq əlaqələrini dəstəklədiklərini vurğulayıb.
Maraqlıdır ki, Şimali Atlantika Blokunu Tokioda ofis açmasının doğru olmadığını bildirən Emmanuel Makron 2019-cu ildə “Economist” dərgisinə verdiyi müsahibədə belə demişdi: “NATO beyin ölümü keçirib. Bu səbəbdən strateji qərarların qəbulunda Fransanın ABŞ və təşkilatdakı tərəfdaşlarıyla koordinasiyası yoxdur”. Makron 4 il əvvəl NATO-nun “beyin ölümü” keçirdiyini iddia etdiyi halda indi təşkilata ağıl öyrətməyə çalışır.
AzVision.az