Ərdoğan Baydenlə görüşə bilər
“Ərdoğan NATO-nun Litvada keçiriləcək sammitində bir çox ölkənin liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Ərdoğanın sammit çərçivəsində Baydenlə də danışıqlar aparacağı gözlənilir.
Qəzet həmçinin yaxın vaxtlarda iki lider arasında telefon danışığını da istisna etmir. Baydenin bazar ertəsi Stoltenberqlə görüşdən sonra yenidən Ankara ilə əlaqə saxlaması ehtimalı var. Qəzet yaxın günlərdə xarici işlər nazirləri Hakan və Blinken arasında telefon danışığının da mümkün olduğunu bildirib.
Şahanə Rəhimli
AzVision.az