NATO "Soyuq müharibə"dən sonra ən böyük təliminə start verir

   NATO "Soyuq müharibə"dən sonra    ən böyük təliminə start verir
  12 İyun 2023    Oxunub:1085
Bu gün bütün dünyanın gözü NATO-nun Almaniyada başladacağı hərbi təlimlərdə olacaq. Çünki iyunun 12-dən start verilən təlimlər Soyuq müharibə dövründən bəri ən böyük hərbi manevrlər sayılır.
Qərb mediası yazır ki, bu genişmiqyaslı təlimlərin əsas məqsədi Rusiyanı müəyyən mənada cilovlamaqdan ibarətdir.

İsveç və Finlandiya NATO-nun təlimində iştirak edəcək
"Air Defende" adlı təlimlərin iyunun 12-dən 23-dək təşkil olunacağı planlaşdırılır. Xarici KİV yazır ki, bura 10 min hərbçi və çoxlu sayda texnika cəlb ediləcək. Təkcə təyyarələrlə bağlı statistikada qeyd edilir ki, hərbi toplantıda 25 ölkədən olan 250 təyyarədən istifadə ediləcək.

"Air Defender" mesajı Rusiyada birmənalı qarşılanmayıb . Rusiya Elmlər Akademiyasının baş elmi işçisi, ekspert Aleksandr Kamkin deyib ki, bu gün başlayacaq NATO təlimləri miqyas baxımından əvvəlki ləri xeyli üstələməsi ciddi hərbi hadisə sayılmalıdır. "Bu, Rusiyayaya göndərilən siqnaldır" deyən Kamkinin fikrincə, bu qədər ölkənin iştirak etdiyi hərbi manevrlər Kremlə qarşı yönəlmiş ciddi demarşdır.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Avropa Təhlükəsizliyi Departamentinin rəhbəri Dmitri Danilov isə "Air Defender"də "indiyə kimi görünməmiş böyük sayda aviasiya texnikasından" istifadə ediləcəyinə diqqət çəkib.

Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başlayandan sonra NATO ölkələri nəinki hərbi gücünü və silah-sursat tədarükünü artırıb, alyansın sırası da genişlənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Təlim   Rusiya  





Xəbər lenti